30 yanvar 2026. Cümə

"Odeqardın aşağı məhsuldarlığı məni narahat etmir”


"Odeqardın aşağı məhsuldarlığı məni narahat etmir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta klub kapitanı Martin Odeqardın cari mövsümdə aşağı məhsuldarlığından narahat olmadığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Bu rəqəmlərdir, amma biz tam statistikanı da nəzərə almalıyıq. O, digər mövsümlərlə müqayisədə çox az oyun keçirib, çünki üç dəfə zədələnib. Bu, reallıqdır. Əlbəttə, biz bunu yaxşılaşdırmaq istəyirik, onun oyunumuza təsir göstərməsini istəyirik, xüsusilə də matç qazana biləcəyimiz zonada. Amma siz Martin Odeqardı və onun hər gün necə çalışdığını bilirsiniz, əminəm ki, bu olacaq.”

Xatırladaq ki, Odeqard mövsümün birinci yarısında üç dəfə zədələnib. Cari mövsümdə 24 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalı 27 yaşlı norveçlinin dəyərini 75 milyon avro qiymətləndirir.







İngiltərə P.L.

"Uğurun açarı sabitlikdir"
  • İngiltərə P.L.
  • 22:43 30.01.2026
"Uğurun açarı sabitlikdir"
"Kay Haverts hazırdır"
  • İngiltərə P.L.
  • 22:35 30.01.2026
"Kay Haverts hazırdır"
“Tottenhem” Pedro Porronu itirdi
  • İngiltərə P.L.
  • 11:58 28.01.2026
“Tottenhem” Pedro Porronu itirdi
Qvardiola Natan Akenin satışına qarşıdır
  • İngiltərə P.L.
  • 11:07 28.01.2026
Qvardiola Natan Akenin satışına qarşıdır
"Palmer “Çelsi”də xoşbəxtdir"
  • İngiltərə P.L.
  • 23:52 27.01.2026
"Palmer “Çelsi”də xoşbəxtdir"