- İngiltərə P.L.
- 23:09 30.01.2026
“Arsenal”ın baş məşqçisi Mikel Arteta bildirib ki, Kay Haverts həftəsonu Premyer Liqa matçında “Lids”ə qarşı start heyətində oynayacaq.
90deqiqe.Az-ın məlumatına görə, ispan çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“O hazırdır. Aydın məsələdir ki, son günlərdə o start heyətində oynadı. Uzun bir dövr keçdi və indi biz yükü düzgün bölməliyik və hansı oyunlarda start heyətində çıxacağını müəyyənləşdirməliyik.”
Qeyd edək ki, Haverts çərşənbə günü “Kayrat”la UEFA Çempionlar Liqasının oyununda start heyətdə çıxış edib, bu matçda qol vurub və məhsuldar ötürmə edib.
Əlavə edək ki, “Lids” yanvarın 31-də, “Elland Roud” stadionunda “Arsenal”ı qəbul edəcək. Həmçinin, komandaların mövsümün ilk qarşılaşması avqust ayında Londonda baş tutmuş və “Arsenal”ın 5:0 hesablı böyük qələbəsi ilə yekunlaşmışdı.