- İngiltərə P.L.
- 23:09 30.01.2026
İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçisi Amadu Onana karyera hədəfləri barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, "Nieuwsblad" belçikalı futbolçunun dediklərini belə çatdırıb.
“Düşünürəm ki, bir gün dünya səviyyəli klubda çıxış edəcəyəm. Bu, mənim əsas karyera məqsədimdir. 24 yaşım var və özümü daha yetkin hiss edirəm. Son aylar ən yaxşı futbolumu göstərmişəm. Eməri mənə inkişaf etməyə kömək etdi. ‘Everton’dakı dövrümdən sonra top-klublarla əlaqələrim oldu. Sonda isə ‘Aston Villa’yı seçdim, çünki o anda düzgün addım olduğunu düşündüm.”
Cari mövsümdə 24 yaşlı futbolçu 21 oyunda çıxış edib, 2 qol vurub və 3 sarı vərəqə alıb. Transfermarkt portalına görə onun bazar qiyməti 42 milyon avrodur.