9 mart 2026. Bazar ertəsi

“Arsenal”dan darmadağın


“Arsenal”dan darmadağın

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün XXIV turu çərçivəsində “Lids Yunayted” və “Arsenal” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Elland Roud” stadionunda təşkil olunan qarşılaşma London təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşü baş hakim Stüart Atvell idarə edib.

Matçda hesab 27-ci dəqiqədə açılıb. Martin Subimendi qonaqları önə çıxarıb. 38-ci dəqiqədə “Lids Yunayted”in qapıçısı Karl Darlounun avtoqolu “Arsenal”ın üstünlüyünü iki topa çatdırıb. İkinci hissədə Viktor Dyökereş 69-cu dəqiqədə üçüncü qolu vurub. Qarşılaşmada son nöqtəni isə 86-cı dəqiqədə Qabriel Jezus qoyub.

Bu nəticədən sonra “Lids Yunayted” 26 xalla Premyer Liqanın turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. 53 xala malik “Arsenal” isə İngiltərə çempionatına liderlik edir.







İngiltərə P.L.

"Çelsi" "Reksem"i əlavə vaxtda məğlub etdi
  • İngiltərə P.L.
  • 01:19 08.03.2026
"Çelsi" "Reksem"i əlavə vaxtda məğlub etdi