18 mart 2026. Çərşənbə

“Çelsi”dən çətin qələbə


 “Çelsi”dən çətin qələbə

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün XXIV turu çərçivəsində “Çelsi” və “Vest Hem Yunayted” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Londonda yerləşən “Stamford Brici” stadionunda keçirilən görüş “Çelsi”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Baş hakim funksiyasını Mançesterdən olan Entoni Teylor yerinə yetirib.

Matçın 7-ci dəqiqəsində Jarrod Bouen qonaqları önə çıxarıb. 36-cı dəqiqədə Krisensio Sammervill fərqi iki topa çatdırıb. Ev sahibləri ikinci hissədə hesabı bərabərləşdirməyə nail olub: 57-ci dəqiqədə Joao Pedro fərqi minimuma endirib, 70-ci dəqiqədə isə Mark Kukurelya hesabı bərabərləşdirib. Qələbə qolunu isə 90+2-ci dəqiqədə Enzo Fernandes vurub.

Bu nəticədən sonra “Çelsi” 40 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Vest Hem Yunayted” isə 20 xalla 18-ci sıradadır.

Növbəti turda “mavilər” fevralın 7-də səfərdə “Vulverhempton”la üz-üzə gələcək. Eyni gün “moltoboylar” doğma meydanda “Bernli”ni qəbul edəcəklər.







İngiltərə P.L.

"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər
Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək
  • İngiltərə P.L.
  • 22:27 16.03.2026
Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək