- İngiltərə P.L.
- 16:18 01.02.2026
“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında bir stadionda ən çox məhsuldar fəaliyyətə (qol+assist) imza atan futbolçu kimi rekord müəyyənləşdirib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. Premyer Liqanın 24-cü turu çərçivəsində “Nyukasl”a qarşı keçirilən və 4:1 hesabı ilə başa çatan oyunda yarımmüdafiəçi Florian Virtsə verdiyi qol ötürməsi Salah üçün “Enfild” stadionunda 152-ci məhsuldar fəaliyyəti olub.
Bununla da misirli futbolçu əvvəlki rekordu geridə qoyub. Sözügedən göstərici indiyədək “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runiyə məxsus idi. İngilis futbolçu “Old Trafford” stadionunda 151 qol və assistlə yadda qalmışdı. Rekordçular siyahısında üçüncü pillədə isə “Arsenal”ın keçmiş forvardı Tyerri Anri yer alır.
Premyer Liqada bir stadionda ən çox məhsuldar fəaliyyət göstərən futbolçular:
Məhəmməd Salah (“Liverpul”), “Enfild” — 107 qol, 45 assist
Ueyn Runi (“Mançester Yunayted”), “Old Trafford” — 101 qol, 50 assist
Tyerri Anri (“Arsenal”), “Hayberi” — 114 qol, 37 assist