13 fevral 2026. Cümə

“Mançester Yunayted”dən çətin qələbə


“Mançester Yunayted”dən çətin qələbə

İngiltərə Premyer Liqasının 24-cü turunda “Mançester Yunayted” öz meydanında “Fulhem”i qəbul edib.

90deqiqe.Az-ın məlumata görə, “Old Traford” stadionunda keçirilən görüşdə meydan sahibləri 3:2 hesabı ilə qələbə qazanıb. Matçın baş hakimi Lester təmsilçisi Con Bruks olub.

“Qırmızı şeytanlar”ın hesabı 19-cu dəqiqədə Kazemiro ilə açılıb. 56-cı dəqiqədə Mateus Kunya fərqi iki topa çatdırıb. Lakin 85-ci dəqiqədə “Fulhem”in hücumçusu Raul Ximenes penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 2:1 edib. 90+1-ci dəqiqədə Kevin hesabı bərabərləşdirib və azarkeşləri yenidən ümidləndirib. Matçın taleyini isə 90+4-cü dəqiqədə Bənjamin Şeşko həll edib və “Mançester Yunayted” qələbə topunu vurub.

Bu nəticədən sonra “Mançester Yunayted” 41 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Fulhem” isə 34 xalla 8-ci sıradadır.

Gələn turda “Mançester Yunayted” 7 fevral tarixində öz meydanında “Tottenhem Hotspur”u qəbul edəcək, “Fulhem” isə eyni gün evdə “Everton”la üz-üzə gələcək.







İngiltərə P.L.

“Liverpul”a bir qol bəs etdi
  • İngiltərə P.L.
  • 02:14 12.02.2026
“Liverpul”a bir qol bəs etdi
“Aston Villa” 3 xalı tək qolla qazandı
  • İngiltərə P.L.
  • 01:39 12.02.2026
“Aston Villa” 3 xalı tək qolla qazandı