19 mart 2026. Cümə axşamı

Solankenin möhtəşəm qolu “Tottenhem”i məğlubiyyətdən xilas etdi


Solankenin möhtəşəm qolu “Tottenhem”i məğlubiyyətdən xilas etdi

İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən “Tottenhem” – “Mançester Siti” qarşılaşması 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

90deqiqe.Az-ın məlumata görə, matçda londonluların hücumçusu Dominik Solanke “qayçı” (skorpion) zərbəsi ilə hesabı bərabərləşdirib.

İlk hissədən sonra iki top fərqi ilə geri düşən “Tottenhem” ikinci hissədə ingilis forvardın dublu sayəsində məğlubiyyətdən xilas olub. Qeyd edək ki, bu qol Solankenin cari Premyer Liqa mövsümündə ilk məhsuldar göstəricisi olub.

24 turdan sonra “Tottenhem” 29 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alır. “Mançester Siti” isə 47 xalla ikinci sıradadır.

Növbəti – 25-ci turda “Tottenhem” fevralın 7-də “Mançester Yunayted”i qəbul edəcək. “Mançester Siti” isə fevralın 8-də “Liverpul”la qarşılaşacaq.







İngiltərə P.L.

"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər
Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək
  • İngiltərə P.L.
  • 22:27 16.03.2026
Ris Ceyms PSJ qarşısında oynaya bilməyəcək