- İngiltərə P.L.
- 23:34 04.02.2026
İngiltərə Futbol Assosiasiyası (FA) Premyer Liqanın 24-cü turunda “Stamford Bric”də baş verən kütləvi dava ilə bağlı “Çelsi” və “Vest Hem”i rəsmi olaraq ittiham edib.
90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumata görə, hadisə əlavə vaxtda baş verib və demək olar ki, oyunçular arasında tammiqyaslı dava ilə nəticələnəcəkdi.
Münaqişə “Vest Hem”in hücumçusu Adama Traore ilə “Çelsi”nin müdafiəçisi Mark Kukurelya arasında meydanın kənarında toqquşmadan başlayıb və qısa müddətdə kollektiv qarşıdurmaya çevrilib. Traore Kukurelyanı yerə yıxıb, ardınca “Çelsi”nin hücumçusu Joao Pedro onu itələyib. Vəziyyət “Vest Hem” müdafiəçisi Jean-Clair Todibo-nun Pedro-nu boğazından tutması ilə daha da gərginləşib. VAR müdaxiləsindən sonra Todibo meydandan qovulub.
Hakim Anthony Taylor xəbərdarlıqlar versə də, FA bu tədbirlərin oxşar insidentlərin qarşısını almaq üçün yetərli olmadığını bildirib. Hər iki klubdan rəsmi açıqlamalarını 6 fevrala qədər təqdim etməsi tələb olunur. Araşdırmanın sonunda komandaların hər birinə əhəmiyyətli miqdarda cərimə tətbiq olunacağı gözlənilir.