- İngiltərə P.L.
- 21:34 05.02.2026
Keçmiş məşhur futbolçu Eden Hazard “Çelsi”də çıxış etdiyi dövrdə baş məşqçi Mauritsio Sarrinin ona Kriştiano Ronaldodan nümunə götürmək təklifini niyə qəbul etmədiyini açıqlayıb.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumata görə, belçikalı futbolçu Ronaldonun həyat tərzini kopyalamaq niyyətində olmadığını bildirib:
“Sarri mənə Ronaldodan nümunə götürməyi məsləhət görmüşdü. Belə söhbət olmuşdu, amma mən istəmədiyimi dedim. Mən həmişə Azar olmaq istəmişəm – həm meydanda, həm də meydandan kənarda. Dostlarım məni şama çağıranda imtina etmirdim. İçmək istəyəndə özümü saxlamırdım. Kriştiano Kriştianodur, mən isə Hazardam. Mən özüm olaraq futbol oynamaq istəyirdim”.
Qeyd edək ki, Eden Hazard futbolçu karyerasını 32 yaşında erkən başa vurub. “Çelsi”də parlaq çıxışdan sonra belçikalı futbolçu “Real Madrid”də gözləntiləri doğrulda bilməyib.