27 avqust 2026. Cümə axşamı

“Lester” altı xal itirdi


“Lester” altı xal itirdi

İngiltərə Çempionshipində çıxış edən “Lester” klubuna altı xalı silmək qərarı verilib.

90deqiqe.Az-ın məlumatına görə, müstəqil komissiya bunu 2023/2024 mövsümündə kluba tətbiq olunan gəlirlilik və davamlı inkişaf qaydalarının pozulması ilə əsaslandırıb.

İngiltərə Futbol Liqasının Şurası artıq bu tövsiyəni təsdiqləyib. Premyer Liqanın rəsmi saytında bildirilir ki, “Lester”in pozuntuları 2024-cü ildə klub Premyer Liqaya yüksəldikdən sonra aşkar edilib və may 2025-ci ildə iş müstəqil komissiyaya təqdim olunub.

Altı xalın silinməsindən əvvəl “Lester” Çempionship cədvəlində 17-ci pillədə idi, indi isə 20-ci sıraya geriləyib. Qeyd edək ki, 2016-cı ildə “Lester” tarixində ilk dəfə Premyer Liqanın qalibi olmuşdu.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın