6 fevral 2026. Cümə

Arne Slot “Liverpul”un yeni transferi barədə danışdı


Arne Slot “Liverpul”un yeni transferi barədə danışdı

“Liverpul”un baş məşqçisi Arne Slot yayda komandaya qoşulacaq mərkəz müdafiəçisi Ceremi Cakenin transferi ilə bağlı fikirlərini bölüşüb.

 

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

 “Onu transfer etməyimiz bizi çox sevindirir. Çünki Ceremi çox istedadlı futbolçudur – bəlkə də sadəcə istedadlıdan da artığıdır. Bu cür ifadə işlətməyimizin səbəbi onun gənc yaşıdır. ‘Liverpul’ Jakenin yeganə iddiaçısı deyildi, bu fakt da çox mətləbdən xəbər verir”

Ceremi Cakenin transferində “Çelsi” də maraqlı olub. Müqavilə bonuslar nəzərə alınmadan “Liverpul”a 63 milyon avrodan baha başa gəlib.

Qeyd edək ki, İngiltərə nəhəngi bu yaxınlarda 20 yaşlı futbolçunun “Renn”dən gələcək transferini rəsmiləşdirib. Fransalı müdafiəçi mövsümün qalan hissəsini hazırkı klubunda keçirəcək və iyun ayında İngiltərəyə köçəcək.







İngiltərə P.L.

“Lester” altı xal itirdi
  • İngiltərə P.L.
  • 21:34 05.02.2026
“Lester” altı xal itirdi
“Havertsin yoxluğu hər zaman hiss olunur”
  • İngiltərə P.L.
  • 11:58 05.02.2026
“Havertsin yoxluğu hər zaman hiss olunur”
“Arsenal" artıq çempiondur”
  • İngiltərə P.L.
  • 23:15 02.02.2026
“Arsenal" artıq çempiondur”