- İngiltərə P.L.
- 23:59 06.02.2026
“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta tibbi yoxlamadan keçmədiyi üçün "Milan"a transferi baş tutmayıb.
90deqiqe.Az-ın məlumata görə, futbolçu bu yaxınlarda əməliyyat olunacaq. Fransalı futbolçunun bərpası təxminən 3-4 ay davam edəcək, bu isə onun mövsümü vaxtından əvvəl bitirməsi deməkdir.
Mateta noyabrdan bəri diz problemi yaşayır. “Milan”ın həkimləri onun vəziyyətini qiymətləndirərək, transferi reallaşdırmamaq qərarına gəliblər.
Cari mövsümdə İngiltərə Premyer Liqasında 23 oyuna çıxış edən Mateta 8 qol vurub və komandasının hücum xəttində əsas fiqurlardan biridir. Bu itki “Kristal Pelas” üçün hücumda ciddi çətinlik yarada bilər.