- İngiltərə P.L.
- 23:59 06.02.2026
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hücumameyilli yarımmüdafiəçi Rayan Şerki ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "City Report" çalışdırıcının dediklərini belə çatdırıb.
“Şerkinin ustalığı və xarakteri barədə hər şey hər kəsə aydındır – bu, top səviyyədir. Uzun müddət bu səviyyədə qala biləcəkmi? Bu sualı Rayan özü-özünə verməlidir. O, kim olmaq istəyir? Yaxşı oğlandır və komanda yoldaşları ilə münasibətləri əladır”
22 yaşlı futbolçu “Lion”dan İngiltərə klubuna keçdikdən sonra Premyer Liqadakı ilk mövsümündə diqqətçəkən çıxışı ilə yadda qalır.
Qeyd edək ki, fransalı futbolçu cari mövsümdə “Mançester Siti”nin heyətində keçirdiyi 30 oyunda 9 qol vurub və 9 məhsuldar ötürmə edib.