7 fevral 2026. Şənbə

Viktor Qyökereş yanvar ayının ən yaxşı futbolçusu seçildi


Viktor Qyökereş yanvar ayının ən yaxşı futbolçusu seçildi

“Arsenal” klubunun mərkəz hücumçusu Viktor Qyökereş yanvar ayının yekunlarına əsasən komandanın ən yaxşı futbolçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İsveçli hücumçu azarkeşlər arasında keçirilən səsvermədə 48 faiz səs toplayaraq birinci olub. Qyökereş sorğuda Qabriel Jezus, Martin Subimendi və Qabriel Martinellini qabaqlayıb.

Qeyd edək ki, ötən ay “topçular”ın heyətində 8 oyuna çıxan Qyökereş 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda “Arsenal” 53 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. Mikel Artetanın komandası növbəti turda doğma “Emirates” stadionunda “Sanderlend”i qəbul edəcək.







İngiltərə P.L.

"Qvardiola oyunumu inkişaf etdirib"
  • İngiltərə P.L.
  • 15:37 07.02.2026
"Qvardiola oyunumu inkişaf etdirib"
“Gələn həftəni belə bilmirəm”
  • İngiltərə P.L.
  • 17:29 06.02.2026
“Gələn həftəni belə bilmirəm”