- İngiltərə P.L.
- 15:37 07.02.2026
“Mançester Siti”nin yeni transferi Mark Qehi baş məşqçi Xosep Qvardiola ilə işləmək təcrübəsindən danışıb.
90deqiqe.Az xəbər verir ki, "City Report" futbolçunun dediklərini belə çatdırıb.
“Bu mənim üçün bir xəyaldı. Pep oyunumu xeyli yaxşılaşdırdı. Belə bir məşqçi və futbola həvəslə yanaşan komanda yoldaşların olarkən, səviyyəni daha da yüksəltmək mümkündür. Ümid edirəm ki, eyni ruhda davam edə biləcəyəm.”
Qeyd edək ki, Gehi qış transfer pəncərəsində “Kristal Pelas”dan “Mançester Siti”yə transfer olunub. Yeni klubunda o, artıq iki oyunda meydana çıxıb, qol və assistlə yadda qalmayıb.
Növbəti matç 8 fevral tarixində baş tutacaq. “Mançester Siti” Bakı vaxtı ilə saat 20:30 “Liverpul”un qonağı olacaq.