8 fevral 2026. Bazar günü

“Arsenal” evdə “Sanderlend”ı məğlub etdi


“Arsenal” evdə “Sanderlend”ı məğlub etdi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 25-ci turu çərçivəsində “Arsenal” və “Sanderlend” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Londonun “Emirates” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün baş hakimi Samuel Barrott olub. Matçda hesab 42-ci dəqiqədə Martin Subimendi tərəfindən açılıb. 66-cı dəqiqədə Viktor Qyökereş “topçular”ın üstünlüyünü iki topa çatdırıb. İsveçli hücumçu 90+3-cü dəqiqədə yenidən fərqlənərək dublunu rəsmiləşdirib.

Bu qələbədən sonra “Arsenal” 56 xalla turnir cədvəlinin lideri mövqeyinə yüksəlib. “Sanderlend” isə 36 xalla doqquzuncu pillədə qərarlaşıb.

Növbəti turda “topçular” fevralın 12-də səfərdə “Brentford”la qarşılaşacaq. “Qara pişiklər” isə fevralın 11-də doğma meydanda “Liverpul”u qəbul edəcək.







İngiltərə P.L.

"Qvardiola oyunumu inkişaf etdirib"
  • İngiltərə P.L.
  • 15:37 07.02.2026
"Qvardiola oyunumu inkişaf etdirib"