8 fevral 2026. Bazar günü

“Mançester Yunayted” “Tottenhem”i məğlub edərək rəqibin uğursuz seriyasını uzadıb


“Mançester Yunayted” “Tottenhem”i məğlub edərək rəqibin uğursuz seriyasını uzadıb

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 25-ci turunda “Mançester Yunayted” “Tottenhem”lə qarşılaşıb.

90deqiqe.Az-ın məlumata görə, görüş “qırmızı şeytanlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə London təmsilçisinin çempionatdakı qələbəsiz oyunlar seriyası uzanıb. Tomas Frankın komandası artıq ardıcıl yeddi turdur qalib gələ bilmir.

Qeyd edək ki, “Tottenhem” bundan əvvəl “Bornmut”a 2:3, “Vest Hem”ə isə 1:2 hesabı ilə məğlub olub. Həmçinin London klubu “Brentford”la 0:0, “Sanderlend”lə 1:1, “Börnli” ilə 2:2 və “Mançester Siti” ilə 2:2 hesablı heç-heçələr edib.

Hazırda “Tottenhem” 29 xalla Premyer Liqanın turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. “Şporlar” 26-cı tur çərçivəsində fevralın 10-da səfərdə “Nyukasl Yunayted”lə üz-üzə gələcək.







İngiltərə P.L.

"Qvardiola oyunumu inkişaf etdirib"
  • İngiltərə P.L.
  • 15:37 07.02.2026
"Qvardiola oyunumu inkişaf etdirib"