- İngiltərə P.L.
- 22:36 07.02.2026
İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 25-ci turunda “Çelsi” “Vulverhempton”la qarşılaşıb.
90deqiqe.Az-ın məlumata görə, görüş London təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə “mavilər” çempionatda ardıcıl dördüncü qələbələrini əldə ediblər. “Çelsi”nin qələbə seriyası 22-ci turda “Brentford” üzərində 2:0 hesablı qələbə ilə başlayıb. Ardınca Liam Rozenyorun komandası “Kristal Pelas”ı 3:1, “Vest Hem Yunayted”i 3:2 hesabı ilə məğlub edib və “Vulverhempton” üzərində qələbə qazanıb.
Hazırda “Çelsi” Premyer Liqanın turnir cədvəlində 43 xalla beşinci pillədə qərarlaşıb.
Növbəti turda “mavilər” fevralın 10-da doğma meydanda “Lids Yunayted”i qəbul edəcək.