17 avqust 2026. Bazar ertəsi

Poqba qayıdır


Poqba qayıdır

"Mançester Yunayted"in futbolçusu Pol Poqba zədəsini sağaldıb.

Corner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib. O bildirib ki, fransalı yarımmüdafiəçi Liqa kubokunda "Roçdeyl"lə matçda bir neçə dəqiqə meydanda olacaq. Poqba Premyer Liqada "Arsenal"la oyuna kimi isə tam hazır olacaq.

Qeyd edək ki, "Mançester Yunayted" - "Roçdeyl" oyunu sabah keçiriləcək. Komanda sentyabrın 30-u isə doğma meydanda "Arsenal"la qarşılaşacaq.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”