- İngiltərə P.L.
- 23:57 09.02.2026
“Liverpul” klubunun ulduz hücumçusu Məhəmməd Salahın ailəsində ağır itki yaşanıb.
90deqiqe.Az-ın məlumatına görə, misirli futbolçunun babası vəfat edib. Hadisə ilə bağlı əlavə detallar hələlik açıqlanmayıb.
Bildirilir ki, Məhəmməd Salah mərhum babasını son mənzilə yola salmaq üçün müvəqqəti olaraq “Liverpul”un düşərgəsini tərk edə bilər.
Qeyd edək ki, “Liverpul” ötən bazar günü İngiltərə Premyer Liqası çərçivəsində evdə “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olub. Yeni həftədə isə mersisaydlılar Premyer Liqada “Sanderlend”, İngiltərə Kubokunda isə “Brayton”la qarşılaşacaq.
Xatırladaq ki, 2025/2026 mövsümündə Məhəmməd Salah bütün turnirlərdə 25 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.