10 fevral 2026. Çərşənbə axşamı

Delle Alli poker oynamağa başlayıb


Delle Alli poker oynamağa başlayıb

İngiltərə millisinin və “Tottenhem” klubunun sabiq futbolçusu Dele Alli Londondakı kazinolardan birində bir neçə gün ərzində poker oynayaraq böyük məbləğdə pul uduzub.

90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumata görə, kazinonun mütəmadi ziyarətçilərinin sözlərinə əsasən, 29 yaşlı futbolçu gecə saatlarında poker masalarında tez-tez görünür və bir axşam ərzində orta hesabla 28 min funt sterlinq itirir.

Məlumata görə, poker oyunçuları arasında Alli “balina” kimi tanınır. Bu termin böyük məbləğlər uduzan və zəif oyun nümayiş etdirən iştirakçılar üçün işlədilir. Qeyd olunur ki, futbolçu adətən tək gəlir, az danışır, ruhdan düşmüş təsir bağışlayır və uduzduğu pullara xüsusi reaksiya vermir.

Xatırladaq ki, Dele Alli hazırda klubsuzdur. Onun İtaliyanın “Komo” klubu ilə müqaviləsi ötən il qarşılıqlı razılaşma əsasında pozulub. Futbolçunun karyerasını başqa klubda davam etdirmək cəhdləri isə hələlik uğursuz alınıb.







İngiltərə P.L.

"Nəticədən çox məyus oldum"
  • İngiltərə P.L.
  • 23:27 09.02.2026
"Nəticədən çox məyus oldum"
Delle Alli poker oynamağa başlayıb
  • İngiltərə P.L.
  • 23:25 09.02.2026
Delle Alli poker oynamağa başlayıb
“Arsenal”ın futbolçusu əməliyyat olunub
  • İngiltərə P.L.
  • 22:42 09.02.2026
“Arsenal”ın futbolçusu əməliyyat olunub
Məhəmməd Salahın ailəsində itki baş verib
  • İngiltərə P.L.
  • 16:40 09.02.2026
Məhəmməd Salahın ailəsində itki baş verib
"Enfild"də tempimizi itirdik, amma..."
  • İngiltərə P.L.
  • 23:43 08.02.2026
"Enfild"də tempimizi itirdik, amma..."