10 fevral 2026. Çərşənbə axşamı

“Azarkeşlərin dəstəyi bizim üçün çox önəmli oldu”


“Azarkeşlərin dəstəyi bizim üçün çox önəmli oldu”

“Mançester Siti”nin müdafiəçisi Mark Qehi İngiltərə Premyer Liqasının 25-ci turunda “Liverpul” üzərində 2:1 hesabı ilə qazandıqları qələbə barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Azarkeşlərə hörmətimi bildirirəm, onlar çox sayda gəldilər və bizi oyunun əvvəlindən sonuna qədər dəstəklədilər. Kimsə dedi ki, bu, 2003-cü ildən bəri burada azarkeşlərin iştirakı ilə qazandığımız ilk qələbədir. Düzünü desəm, bunu bilmirdim. Düşünürəm ki, azarkeşlər üçün bunu görmək və yaşamaq çox faydalıdır. Belə çətin oyunda göstərdikləri səbirə görə hər kəsə təşəkkür edirəm. Ümumilikdə isə hər kəsə böyük təşəkkür!” 

25 turdan sonra “Mançester Siti” turnir cədvəlində 50 xalla ikinci pillədə qərarlaşıb və lider “Arsenal”dan altı xal geri qalır.

Qeyd edək ki, 25 yaşlı futbolçu Mark Qehi 19 yanvarda “Mançester Siti” ilə müqavilə imzalayıb. “Kristal Pelas” və İngiltərə milli komandası üzvünün transferi üçün “şəhərlilər” 23 milyon avro ödəyiblər. Gehi klub ilə müqaviləsini 2031-ci ilə qədər bağlayıb.







İngiltərə P.L.

"Nəticədən çox məyus oldum"
  • İngiltərə P.L.
  • 23:27 09.02.2026
"Nəticədən çox məyus oldum"
Delle Alli poker oynamağa başlayıb
  • İngiltərə P.L.
  • 23:25 09.02.2026
Delle Alli poker oynamağa başlayıb
“Arsenal”ın futbolçusu əməliyyat olunub
  • İngiltərə P.L.
  • 22:42 09.02.2026
“Arsenal”ın futbolçusu əməliyyat olunub
Məhəmməd Salahın ailəsində itki baş verib
  • İngiltərə P.L.
  • 16:40 09.02.2026
Məhəmməd Salahın ailəsində itki baş verib
"Enfild"də tempimizi itirdik, amma..."
  • İngiltərə P.L.
  • 23:43 08.02.2026
"Enfild"də tempimizi itirdik, amma..."