11 fevral 2026. Çərşənbə

“Marku Silva bir neçə ilə top məşqçilərdən biri olacaq”


“Marku Silva bir neçə ilə top məşqçilərdən biri olacaq”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının növbəti turunda “Fulhem”ə qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Fulhem” hər mövsüm daha da güclənir. Onların meydanda etdikləri hərəkətlər… həqiqətən çox yaxşıdırlar. Oyun quruluşu, icra keyfiyyəti, sürət – hər şey yüksək səviyyədədir. Marku Silva qarşılaşdığım ən yaxşı məşqçilərdən biridir. Bir neçə ilə mütləq top məşqçilərdən biri olacaq”

Hazırda “Mançester Siti” Premyer Liqada 50 xalla ikinci pillədə qərarlaşıb. “Fulhem” isə 34 xalla turnir cədvəlinin 10-cu sırasında yer alır.

Komandalar arasında qarşılaşma fevralın 11-də Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.







İngiltərə P.L.