11 fevral 2026. Çərşənbə

“Oskar Bobbun potensialına heç bir şübhəm yoxdur”


“Oskar Bobbun potensialına heç bir şübhəm yoxdur”

Qış transfer pəncərəsində hücumameyilli yarımmüdafiəçi Oskar Bobb “Mançester Siti”dən “Fulhem”ə keçib.

90deqiqe.Az xəbər verir ki, Premyer Liqada komandaların üz-üzə gələcəyi oyun ərəfəsində “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola futbolçu barədə fikirlərini bölüşüb.

“Mən Bobbun potensialına qətiyyən şübhə etmirəm. Onun kim olacağı yalnız özündən asılıdır. Əgər top səviyyəli futbolçu olmaq istəyirsə, mütləq olacaq. Onda bunun üçün lazım olan bütün keyfiyyətlər var. Hamısı”, – deyə Qvardiola mətbuat konfransında bildirib.

Qeyd edək ki, “Mançester Siti” və “Fulhem” fevralın 11-də, çərşənbə günü qarşılaşacaqlar. “Etihad Stadium”da keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 23:30-da səslənəcək.







İngiltərə P.L.