- İngiltərə P.L.
- 23:13 10.02.2026
“Mançester Yunayted”in sabiq hücumçusu Lui Saha klubun “Real Madrid”in futbolçusu Vinisius Junioru transfer edə biləcəyini düşünür.
90deqiqe.Az xəbər verir ki, “Aceodds.com” sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Hazırda ‘Mançester Yunayted’ indiki kimi oynayanda qeyri-mümkün heç nə yoxdur. Onlar istənilən böyük adı komandaya cəlb edə bilərlər. Vinisius şübhəsiz ki, ‘Qızıl top’a namizəddir, Çempionlar Liqasında parlaq çıxış etmək istəyir. Mən başa düşürəm ki, o, fərdi mükafatlar qazanmaq niyyətindədir. Kim bilir, bu, çox cəlbedici bir kombinasiya ola bilər – Vinisius və Karrikin rəhbərliyi altında gördüyümüz, baxımlı futbol oynayan komanda. Bu, Vinisius üçün yeni bir platformaya çevrilə bilər”
Qeyd edək ki, hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.