11 fevral 2026. Çərşənbə

“Karyeramın altı ilini ağrıkəsicilər və iynələr hesabına oynadım”


“Karyeramın altı ilini ağrıkəsicilər və iynələr hesabına oynadım”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand futbolçu karyerası dövründə aldığı zədələrin sağlamlığında yaratdığı problemlərdən danışıb.

90deqiqe.Az xəbər verir ki, “Men’s Health” sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Uzun müddətdir bel ağrılarından əziyyət çəkirəm. Bu, illər ərzində aldığım zədələrin nəticəsidir. Altı il ərzində ağrıkəsicilər və iynələrin köməyi ilə oynadım. Bu, mənə ciddi təsir etdi. Bəzən belim o qədər güclü ağrıyır ki, günlərlə xəstəxanada uzanıram və ya əlil arabasında qalmalı oluram. Təəccüblüdür ki, ağrı heç gözləmədiyin anda ortaya çıxır”

“Sırf zədələri ‘yamaq’ yerinə, əsas məqsəd onları baş verməmişdən əvvəl önləməkdir. Mən bunu nəhayət anladım. Amma artıq 47 yaşım var, bu anlayışa gəlmək mənim üçün çox uzun vaxt apardı”, – deyə o əlavə edib.

Qeyd edək ki, Rio Ferdinand “Mançester Yunayted”lə yanaşı, “Vest Hem”, “Bornmut”, “Lids” və “Kuinz Park Reyncers” klublarında da çıxış edib. O, İngiltərə millisinin heyətində 81 oyun keçirib və 3 qola imza atıb.







İngiltərə P.L.