22 iyun 2026. Bazar ertəsi

Kamada mövsümün sonunda "Kristal Palas"dan ayrılacaq


Kamada mövsümün sonunda "Kristal Palas"dan ayrılacaq

Yaponiya millisinin yarımmüdafiəçisi Daici Kamada mövsüm sonunda “Kristal Pelas”ı tərk edəcək.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumata görə, 29 yaşlı futbolçunun mövcud müqaviləsi gələcək yay bitəcək və mənbənin bildirdiyinə görə, klub onunla yeni müqavilə üzrə danışıqlar aparmır.

Kamada 2024-cü ildə sərbəst agent kimi “Kristal Pelas”a qoşulub.

Bu keçid, baş məşqçi Oliver Qlasnerin təşəbbüsü ilə reallaşıb; onlar daha əvvəl Almaniyanın “Ayntraxt” klubu ilə Avropa Liqasını qazanmışdılar.

2025-ci ildə Kamada İngiltərə Kubokunu “Kristal Pelas”la qazanıb. Cari mövsümdə isə futbolçu 24 oyunda meydana çıxaraq 2 məhsuldar ötürmə edib və 2 sarı vərəqə alıb. Transfermarkt portalının qiymətləndirməsinə görə, onun bazar dəyəri 12 milyon avrodur.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər