- İngiltərə P.L.
- 23:13 10.02.2026
"Opta" İngiltərə Premyer Liqasındakı çempionluq mübarizəsinə dair yenilənmiş proqnozunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu məlumat statistik şirkətin rəsmi saytında yayımlanıb.
Proqnoza görə, çempionluq üçün əsas favorit hələ də “Arsenal” klubudur. “Topçular”ın titul qazanma ehtimalı 90,54% təşkil edir. Onları “Mançester Siti” (8,17%), “Aston Villa” (1,14%), “Çelsi” (0,11%) və “Mançester Yunayted” (0,04%) izləyir.
Mikel Artetanın komandası 25 oyundan sonra 56 xal toplayıb. “Mançester Siti” isə 6 xallıq fərqlə ikinci sıradadır. “Aston Villa” 9, “Mançester Yunayted” 12, “Çelsi” isə 13 xal geridədir.