29 mart 2026. Bazar günü

“Tottenhem” Tomas Frankla yollarını ayırdı


“Tottenhem” Tomas Frankla yollarını ayırdı

İngiltərə Premyer Liqası təmsilçisi “Tottenhem” baş məşqçi Tomas Frankla əməkdaşlığa son qoyub.

 90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub rəhbərliyi bu qərarı komandanın daxili çempionatda qeyri-sabit çıxışı ilə əlaqələndirib. London təmsilçisi Premyer Liqada ardıcıl səkkiz oyundur qələbə qazana bilmir və 29 xalla 16-cı pillədə qərarlaşıb.

2025-ci ilin iyunundan komandaya rəhbərlik edən danimarkalı mütəxəssisin yerinə yeni baş məşqçi axtarışlarına start verilib.

Maraqlıdır ki, “Tottenhem” daxili arenadakı çətinliklərə baxmayaraq, UEFA Çempionlar Liqasında uğurlu nəticə göstərib. Komanda liqa mərhələsini 4-cü sırada tamamlayaraq birbaşa 1/8 finala vəsiqə əldə edib.







İngiltərə P.L.

“Mançester Yunayted”ə Osimhen lazımdır"
  • İngiltərə P.L.
  • 23:08 28.03.2026
“Mançester Yunayted”ə Osimhen lazımdır"
Co Koul Messini Ronaldodan üstün tutdu
  • İngiltərə P.L.
  • 22:35 28.03.2026
Co Koul Messini Ronaldodan üstün tutdu
"Salahla aramızda heç bir problem yoxdur"
  • İngiltərə P.L.
  • 22:52 27.03.2026
"Salahla aramızda heç bir problem yoxdur"
Fil Foden yayda klubunu dəyişə bilər
  • İngiltərə P.L.
  • 22:40 27.03.2026
Fil Foden yayda klubunu dəyişə bilər
Kulusevski zədəsi ilə bağlı danışdı
  • İngiltərə P.L.
  • 23:34 26.03.2026
Kulusevski zədəsi ilə bağlı danışdı