- İngiltərə P.L.
- 01:01 12.02.2026
“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın uğur qazanması üçün vacib amillərdən danışıb.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis bildirib ki, sabitlik və klub daxilində sağlam münasibətlər uğurun əsas şərtlərindəndir:
“Əsas məsələ klubda hamı ilə yaxşı münasibətləri qorumaq və oyunlarda yüksək qələbə faizinə nail olmaqdır. Təbii ki, hər kəs işini davam etdirmək istəyir. Amma elə məqam olur ki, komanda qələbəsiz oyunlar seriyasına düşür. Belə vəziyyətdə idman direktoru və ya digər məsul şəxs qərar verməlidir. Müxtəlif klublarda bu proses fərqli şəkildə həyata keçirilir”.
Arteta uzunmüddətli layihə üzərində işləmək imkanından məmnunluğunu da gizlətməyib:
“Bu qədər uzun müddət layihə üzərində işləmək imkanına sahib olduğum üçün çox şadam. Hər kəs başlanğıcdan məhz bunu arzulayır. Məqsədimiz klub üçün daha böyük sabitlik yaratmaq, oyunun keyfiyyətini artırmaq, azarkeşlərə sevinc bəxş etmək və daha da güclənməkdir. Ümid edirəm ki, bu mövsüm daha da yaxşı olacağıq”.