29 mart 2026. Bazar günü

Ukraynalı futbolçu İngiltərə Premyer Liqasının ən uğursuz transferi seçildi


Ukraynalı futbolçu İngiltərə Premyer Liqasının ən uğursuz transferi seçildi

"ESPN" İngiltərə Premyer Liqasının tarixində ən uğursuz transferlərin reytinqini açıqlayıb.

90deqiqe.Az-ın məlumata görə, siyahının birinci pilləsində “Çelsi”yə 2022/2023 mövsümündə transfer olunan ukraynalı yarımmüdafiəçi Mixail Mudrik yer alıb. Mudrik “Şaxtyor”dan 70 milyon avroya transfer edilmişdi.

Reytinqin ilk 10 pilləsi isə belədir:

  1. Mixail Mudrik – “Şaxtyor” → “Çelsi” (€70 mln)

  2. Antoni – “Ayaks” → “Mançester Yunayted” (€95 mln)

  3. Nikola Pepe – “Lill” → “Arsenal” (€80 mln)

  4. Ali Diya – “Sauthempton” (azad agent)

  5. Daniel Drinkuoter – “Lester” → “Çelsi” (€37,9 mln)

  6. Rikardo Alvares – “İnter” → “Sanderlend” (€10,5 mln)

  7. Romelu Lukaku – “İnter” → “Çelsi” (€113 mln)

  8. Ceydon Sanço – “Borussiya” → “Mançester Yunayted” (€85 mln)

  9. Tomas Brolin – “Parma” → “Lids Yunayted” (€5,3 mln)

  10. Kalvin Filips – “Lids Yunayted” → “Mançester Siti” (€49 mln)

Xatırladaq ki, 2024-cü ilin dekabrında Mudrikin dopinq testində qadağan olunmuş maddələr siyahısında olan meldonium aşkarlanıb. Bu hadisəyə qədər o, klub üçün 73 oyuna çıxaraq 10 qol vurmuş və 11 məhsuldar ötürmə edib. Ukaynalının son rəsmi matçı 2024/2025 mövsümünün Konfrans Liqasının qrup mərhələsində “Çelsi”nin “Haydenhaym” üzərində 2:0 hesablı qələbəsi zamanı baş tutub və Mudrik həmin oyunda fərqlənib.







İngiltərə P.L.

“Mançester Yunayted”ə Osimhen lazımdır"
  • İngiltərə P.L.
  • 23:08 28.03.2026
“Mançester Yunayted”ə Osimhen lazımdır"
Co Koul Messini Ronaldodan üstün tutdu
  • İngiltərə P.L.
  • 22:35 28.03.2026
Co Koul Messini Ronaldodan üstün tutdu
"Salahla aramızda heç bir problem yoxdur"
  • İngiltərə P.L.
  • 22:52 27.03.2026
"Salahla aramızda heç bir problem yoxdur"
Fil Foden yayda klubunu dəyişə bilər
  • İngiltərə P.L.
  • 22:40 27.03.2026
Fil Foden yayda klubunu dəyişə bilər
Kulusevski zədəsi ilə bağlı danışdı
  • İngiltərə P.L.
  • 23:34 26.03.2026
Kulusevski zədəsi ilə bağlı danışdı