27 avqust 2026. Cümə axşamı

“Aston Villa” 3 xalı tək qolla qazandı


“Aston Villa” 3 xalı tək qolla qazandı

İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində “Aston Villa” və “Brayton” komandaları üz-üzə gəlib. 

90deqiqe.Az-ın məlumatına görə, oyunun sonunda 1:0 hesabı ilə qalib gələn komanda Birmingham təmsilçisi “Villa” olub. Görüş Birminghamdakı “Villa Park” stadionunda keçirilib. Matçın baş hakimi Merseysaydlı Piter Benks olub.

86-cı dəqiqədə Jack Hinshelvud öz qapısına qol vuraraq hesabı müəyyən edib.

Bu nəticədən sonra “Aston Villa” 50 xalla liqanın üçüncü pilləsində qərarlaşıb, “Brayton & Hov Albion” isə 31 xalla 14-cü yerdədir.

Növbəti turda “villalar” fevralın 21-də “Lids Yunayted”i qəbul edəcək, “çaylar” isə eyni gün səfərdə “Brentford”la qarşılaşacaqlar.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın