- İngiltərə P.L.
- 20:32 12.02.2026
“Tottenhem”in vingeri Uilson Odober ciddi zədə alıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçunun sol dizinin ön çarpaz bağları qopub.
21 yaşlı oyunçu Premyer Liqanın son matçında zədələnərək meydanı vaxtından əvvəl tərk edib. Onun gələn həftə əməliyyat olunacağı və daha sonra reabilitasiya mərhələsinə start veriləcəyi bildirilib.
London təmsilçisi bərpa müddətini açıqlamayıb. Lakin məlumdur ki, Odober üçün 2025/2026 mövsümü başa çatıb. Adətən bu tip zədələrdən dönüş minimum altı ay çəkir.
Qeyd edək ki, “Tottenhem” hazırda Premyer Liqada 16-cı pillədə qərarlaşıb.