1 aprel 2026. Çərşənbə

"Qarabağ"ın rəqibi İngiltərə Kubokunda növbəti mərhələyə yüksəldi


"Qarabağ"ın rəqibi İngiltərə Kubokunda növbəti mərhələyə yüksəldi

İngiltərə Kubokunun IV mərhələsində "Aston Villa" və "Nyukasl" komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumata görə, matç Villa Park stadionunda baş tutub və qonaqlar 3:1 hesabı ilə qələbə qazanıblar. Oyunun baş hakimi Kris Kavanaqh olub.

Oyun ev sahibləri üçün uğurlu başlanıb: 14-cü dəqiqədə Tammi Abraham hesabı açaraq “Aston Villa”nı önə çıxarıb. Lakin 45+1-ci dəqiqədə qapıçı Marko Bizot qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb və bu “Aston Villa” üçün çətinlik yaradıb.

Qonaqlar ilk hissədən sonra üstünlüyü ələ keçirib. 63-cü dəqiqədə Sandro Tonali hesabı bərabərləşdirib, 76-cı dəqiqədə isə dublla komandasını önə çıxarıb. 88-ci dəqiqədə Nik Voltemade qonaqlar üçün üçüncü qolun müəllifi olub və nəticəni 3:1 müəyyən edib.

Qeyd edək ki, hazırkı turnirin qalibi "Kristal Pelas" olub. Onlar finalda “Mançester Siti”ni  1:0 hesabı ilə məğlub ediblər.







İngiltərə P.L.

"Salah Avropada qalmalıdır"
  • İngiltərə P.L.
  • 17:05 30.03.2026
"Salah Avropada qalmalıdır"
“Tottenhem” Tudorla yollarını ayırdı
  • İngiltərə P.L.
  • 20:54 29.03.2026
“Tottenhem” Tudorla yollarını ayırdı
“Mançester Yunayted”ə Osimhen lazımdır"
  • İngiltərə P.L.
  • 23:08 28.03.2026
“Mançester Yunayted”ə Osimhen lazımdır"