18 fevral 2026. Çərşənbə

Donnarumma Ederson barədə danışdı - "Biz tamamilə fərqliyik"


Donnarumma Ederson barədə danışdı  - "Biz tamamilə fərqliyik"

"Mançester Siti”nin qapıçısı Canluici Donnarumma komandanın əvvəlki qapıçısı Ederson haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "City Report" təcrübəli qapıçının dediklərini belə çatdırıb.

“Mən Edersonla əlaqə saxlayıram. O mənə uğurlar arzuladı və bu mesajı almaq məni çox sevindirdi. Həmişə xoşdur ki, komandanın keçmiş qapıçısı səni dəstəkləyir. Biz tez-tez danışırıq, münasibətlərimiz yaxşıdır. Ederson “Mançester Siti” üçün çox önəmli idi. Düşünürəm ki, biz tamamilə fərqli oyun üslublarına sahibik. O, topla oynamaqda çox güclüdür. Mən də yaxşıyam, amma onun oyununda bu keyfiyyət əsas rol oynayır.”

Qeyd edək ki, İtalyan oyunçu cari mövsümün əvvəlində braziliyalı qapıçının əvəzləyicisi kimi transfer edilib. Ederson isə səkkiz il Pep Qvardiola rəhbərliyi altında çıxış etdikdən sonra “Fənərbağça” klubuna keçib.21 fevral tarixində “Mançester Siti” Premyer Liqada “Nyukasl”la qarşılaşacaq.







İngiltərə P.L.

"Roseniorda xüsusi bir şey var"
  • İngiltərə P.L.
  • 22:45 17.02.2026
"Roseniorda xüsusi bir şey var"
Salah yayda “Liverpul”dan ayrılacaq
  • İngiltərə P.L.
  • 17:02 17.02.2026
Salah yayda “Liverpul”dan ayrılacaq
Ben Uayt zədəsindən danışdı
  • İngiltərə P.L.
  • 23:46 16.02.2026
Ben Uayt zədəsindən danışdı
“Liverpul” “Brayton”u darmadağın etdi
  • İngiltərə P.L.
  • 02:00 15.02.2026
“Liverpul” “Brayton”u darmadağın etdi