21 mart 2026. Şənbə

Adidas'dan Mançester Yunayted'ə maddi zərbə


Adidas'dan Mançester Yunayted'ə maddi zərbə

Mançester Yunayted növbəti mövsüm Çempionlar Liqasının qrupuna vəsiqə qazanmayacağı halda, böyük maliyyə itkisinə məruz qalacaq.

Corner.az “Manchester Evening News”a istinadən xəbər verir ki, klubun “Adidas” şirkəti ilə imzaladığı sponsorluq müqaviləsinə əsasən,  Mançester təmsilçisi 2 il ÇL-də qrupda oynamasa, gəlirinin 30 faizindən məhrum olacaq. Müqavilədəki bu şərt isə gələn ildən qüvvəyə minə biıər. Çünki ötən mövsüm komanda Premyer Liqanı altıncı yerdə tamamlayıb və cari mövsüm Avropa Liqasının qrupunda oynayır.

“Adidas” hər il Mançester Yunayted-ə 75 milyon funt (təqribən 85 milyon avro) ödəyir. Əgər onlar ÇL-in qrupuna yenə vəsiqə qazanmasa, o zaman ödənilən məbləğ 52,5 milyon funta (59 milyon avro) kimi azalacaq.







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər