- İngiltərə P.L.
- 14:18 18.02.2026
"Liverpul" klubunun yarımmüdafiəçisi Dominik Soboslayın agenti müştərinin gələcəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, agent qeyd edib ki, belə müzakirələr normaldır, lakin hazırda mövsümün gedişi üçün önəmli deyil:
“İzləyicilər Dominikin çıxışlarını görərək gələcəkdə harada olacağını müzakirə edə bilər. Amma bizim üçün bu, hazırda aktual deyil. Mövsümün ortasındayıq, Premier Liqa, İngiltərə Kuboku və Çempionlar Liqasındakı oyunlar bizi gözləyir. Mənim fikrimcə, yayda nə baş verəcəyini indi müzakirə etmək düzgün olmaz. ‘Liverpul’ dünyanın ən böyük klublarından biridir və Soboslay burada vacib rol oynayır. Buna görə də hazırda başqa axtarış aparmırıq”.
Qeyd edək ki, son günlər futbolçunun "Real Madrid"ə transfer olacağı barədə iddialar yayılıb.Soboslai bu mövsümdə 25 yaşlı yarımmüdafiəçi 35 oyunda 10 qol və 7 assistlə fərqlənib.