5 aprel 2026. Bazar günü

"Bəzi oyunçular özlərini pis hiss edirlər"


"Bəzi oyunçular özlərini pis hiss edirlər"

"Vulverhempton"un meneceri Rob Edvards Premyer Liqanın 31-ci turunda "Arsenal"la qarşılaşmadan əvvəl danışıb.

90deqiqe.Az xəbər verir ki, "BBC" çalışdırıcının dediklərini belə çatdırıb.

"Bəzi oyunçular özlərini pis hiss edirlər. Hamının necə hiss etdiyini görmək üçün bir neçə, bəlkə də daha bir neçə dəyişiklik edəcəyik.

Biz təzyiq altındayıq, amma həqiqətən yüksək səviyyədə oynamaq istəyirik. Təkmilləşməyə və inkişaf etməyə davam etmək istəyirik, amma təbii ki, ["Arsenal" da təzyiq altındadır və onlardan çox şey gözlənilir. Onlar bunu hiss edəcəklər və biz də oyunda olduğumuzdan əmin olmalıyıq ki, onlar da bunu hiss etsinlər"

26 Premyer Liqa oyunundan sonra London klubu 57 xalla turnir cədvəlinə başçılıq edir. "Vulverhempton" 26 oyundan sonra doqquz xalla 20-ci yerdədir.







İngiltərə P.L.

"Het-trik etmək hər zaman xoşdur”
  • İngiltərə P.L.
  • 23:29 04.04.2026
"Het-trik etmək hər zaman xoşdur”
"Çelsi"dən darmadağın
  • İngiltərə P.L.
  • 23:07 04.04.2026
"Çelsi"dən darmadağın
"Onun yaşında küçədə oynayırdım"
  • İngiltərə P.L.
  • 23:32 03.04.2026
"Onun yaşında küçədə oynayırdım"