5 aprel 2026. Bazar günü

Saka “Arsenal”la yeni müqavilə imzaladı


Saka “Arsenal”la yeni müqavilə imzaladı

"Arsenal" heyətin aparıcı üzvü Bukayo Saka ilə yeni müqavilə razılaşdırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar uğurla yekunlaşıb və futbolçu maaş artımı şərti ilə beşillik yeni müqaviləyə imza atıb.

Romano bildirib ki, klub rəhbərliyi əsas heyət oyunçularının müqavilə məsələlərini mərhələli şəkildə həll edir. Bu çərçivədə qapıçı David Raya ilə də yeni sözləşmə gündəmdədir. Növbəti mərhələdə isə yarımmüdafiəçi Declan Rice ilə müqavilə məsələsinə baxılması planlaşdırılır.

Beləliklə, London təmsilçisi uzunmüddətli layihə çərçivəsində aparıcı futbolçularını komandada saxlamaq istiqamətində fəaliyyətini davam etdirir.







İngiltərə P.L.

"Het-trik etmək hər zaman xoşdur”
  • İngiltərə P.L.
  • 23:29 04.04.2026
"Het-trik etmək hər zaman xoşdur”
"Çelsi"dən darmadağın
  • İngiltərə P.L.
  • 23:07 04.04.2026
"Çelsi"dən darmadağın
"Onun yaşında küçədə oynayırdım"
  • İngiltərə P.L.
  • 23:32 03.04.2026
"Onun yaşında küçədə oynayırdım"