- İngiltərə P.L.
- 02:15 19.02.2026
İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınmış oyunda "Vulverhempton" ilə "Arsenal" üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumata görə, Vulverhempton şəhərində yerləşən "Molineux" stadionunda keçirilən matçı baş hakim Pol Tirni idarə edib. Gərgin mübarizə şəraitində keçən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Hesab oyunun 5-ci dəqiqəsində açılıb. “Topçular”ın hücumçusu Bukayo Saka komandasını önə keçirib. 56-cı dəqiqədə müdafiəçi Pyero İnkapi fərqi artıraraq hesabı 2:0-a çatdırıb.
Bununla belə, meydan sahibləri geri dönüş etməyə nail olublar. 61-ci dəqiqədə “Vulverhempton”un müdafiəçisi Huqo Bueno hesab arasındakı fərqi azaldıb. Oyunun əsas vaxtına əlavə olunmuş 90+4-cü dəqiqədə isə “Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiori topu öz qapısından keçirərək yekun hesabı müəyyənləşdirib.
27 turdan sonra “Arsenal” 58 xalla turnir cədvəlinə başçılıq edir. “Vulverhempton” isə 10 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.
Növbəti oyun günündə "Vulverhempton" səfərdə "Kristal Pelas"la, "Topçular" isə səfərdə "Tottenhem"lə qarşılaşacaq. Hər iki oyun fevralın 22-də keçiriləcək.