20 fevral 2026. Cümə

Saka “Arsenal”la müqaviləni 2031-ci ilədək uzatdı


Saka “Arsenal”la müqaviləni 2031-ci ilədək uzatdı

"Arsenal"ın cinah hücumçusu Bukayo Saka klubla yeni uzunmüddətli müqavilə imzalayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun sözləşməsi 2031-ci ilin yayına qədər uzadılıb. Daha əvvəl Britaniya mətbuatında yer alan xəbərlərə əsasən, yeni müqavilə Sakaya maaş artımı qazandıracaq və onun Avropanın ən yaxşı vingerlərindən biri statusunu rəsmiləşdirəcək.

Cari mövsümdə Saka bütün turnirlər daxil olmaqla 34 oyunda meydana çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 130 milyon avro qiymətləndirilir.

Hazırda “Arsenal” İngiltərə Premyer Liqasında 58 xalla turnir cədvəlinin lideridir. "Mançester Siti" isə “topçular”dan 5 xal geri qalır, lakin bir oyun ehtiyatı var.







İngiltərə P.L.

"Arsenal" yenə xal itirdi
  • İngiltərə P.L.
  • 02:15 19.02.2026
"Arsenal" yenə xal itirdi
Saka “Arsenal”la yeni müqavilə imzaladı
  • İngiltərə P.L.
  • 22:36 18.02.2026
Saka “Arsenal”la yeni müqavilə imzaladı
"Bəzi oyunçular özlərini pis hiss edirlər"
  • İngiltərə P.L.
  • 22:26 18.02.2026
"Bəzi oyunçular özlərini pis hiss edirlər"