- İngiltərə P.L.
- 23:50 20.02.2026
"Mançester Siti"nin müdafiəçisi Con Stouns komanda yoldaşı Mark Qehi haqqında fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, ingiltərəli futbolçu, onunla işləməyin çox xoş olduğunu və Mark Qehinin professional yanaşmasını çox yüksək qiymətləndirdiyini bildirib.
“Onunla danışmaq çox rahatdır. Mən şəxsi olaraq Markı, işinə necə peşəkar yanaşdığını görəndə çox bəyənirəm. Birlikdə Avro-2024-ün finalına çıxmağımız bizim üçün çox möhtəşəm bir an oldu. Ona görə də, Euro-da onunla cütlükdə necə oynadığımızdan çox qürurluyam. O, bizim üçün inanılmaz bir təcrübə olacaq, burada nə qədər qalacağı önəmli deyil”
Xatırladaq ki, Mark Qehi qış transfer pəncərəsində "Krisdal Pelas"dan "Mançester Siti"yə keçib. O, “şəhərlilər”lə beş oyun keçirib və bir qol vurub.