21 fevral 2026. Şənbə

"Mançester Yunayted" dünyadakı ən çətin klubdur"


"Mançester Yunayted" dünyadakı ən çətin klubdur"

"Tottenhem*in keçmiş baş məşqçisi Ange Postekoqlu "Mançester Yunayted"i dünyanın ən çətin klubu adlandırıb.

90deqiqe.Az xəbər verir ki, onun sözlərinə görə, komanda üzərindəki qlobal təzyiq hər zaman böyükdür və bu, məşqçi üçün ən mürəkkəb şərait yaradır.

Postekoqlu bildirib ki, "Mançester Yunayted"in baş məşqçisi olmaq üçün, insanın illik 100 mətbuat konfransını keçirmək, 10 oyun qazanmaq və yalnız bir matçda uduzmaq və buna görə parçalanmaq lazımdır: “İnsan, həqiqətən, bu təzyiqə tab gətirə bilən biri olmalıdır”, - deyə Postekoqlu "ESPN"ə verdiyi müsahibəsində söyləyib.

Qeyd edək ki, 2024/2025 mövsümündə Postekoqlu rəhbərliyində "Tottenhem" UEFA Avropa Liqasını qazanıb və finalda "Mançester Yunayted"i məğlub etdi. Hazırda "Mançester Yunayted"in baş məşqçisi vəzifəsini Maykl Karik icra edir.







İngiltərə P.L.

Noni Madueke kumirinin adını çəkib
  • İngiltərə P.L.
  • 23:37 20.02.2026
Noni Madueke kumirinin adını çəkib
“Əsas məqsədimiz nəticə qazanmaqdır”
  • İngiltərə P.L.
  • 21:40 20.02.2026
“Əsas məqsədimiz nəticə qazanmaqdır”