- İngiltərə P.L.
- 23:50 20.02.2026
"Nyukasl"ın baş məşqçisi Eddi Hau Antoni Qordonun mərkəz hücumçusu mövqeyindəki oyununu yüksək qiymətləndirib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı ingilis futbolçunun bu mövqedə çox yaxşı xüsusiyyətlərə malik olduğunu və xüsusilə presinq zamanı doğru qərarlar verdiyini vurğulayıb.
“Mən Antoninin bu mövqedəki oyununu çox bəyənirəm. O, aktiv şəkildə presinq edir və bu presinqin nə zaman və necə aparılacağını yaxşı bilir. Bir neçə qolumuz onun topu qazanması sayəsində baş tutdu və bu, təsadüfi deyil. Bu, onun oyunu çox yaxşı oxumasının nəticəsidir. Mən ondan çox məmnun oldum”, – deyə Eddi Hau mətbuat xidmətinə bildirib.
Qeyd edək ki, Antoni Qordon "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsində 6:1 hesabı ilə qazandığı qələbədə dörd qol vuraraq "poker" edib. Cari mövsümdə 24 yaşlı hücumçu ümumilikdə 36 matçda 14 qol və 5 asistlə çıxış edib.