27 avqust 2026. Cümə axşamı

“Hazırda yalnız "Nyukasl" matçı barədə düşünürük”


“Hazırda yalnız "Nyukasl" matçı barədə düşünürük”

İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi daha da qızışıb. “Arsenal” həftəiçi “Vulverhempton”la oyunda (2:2) xal itirib.

90deqiqe.Az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola rəqibin büdrəməsini komandası ilə müzakirə etmədiyini bildirib.

“Bu barədə bir saniyə belə danışmamışam. Yalnız “Nyukasl”, “Nyukasl”, “Nyukasl”. Turnir cədvəlindəki vəziyyət və ya başqa mövzu barədə futbolçularla söhbət etməmişəm. Bunun mənim üçün fərqi yoxdur. Qarşıda hələ 12 oyun var. Mövsümün sonuna iki-üç tur qalmış bu sualı versəniz, onda cavabım olar. 12 oyun isə əbədiyyət kimidir”.

Qeyd edək ki, “Mançester Siti” – “Nyukasl” qarşılaşması 21 fevral tarixində Moskva vaxtı ilə saat 23:00-da start götürəcək.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın