- İngiltərə P.L.
- 23:50 20.02.2026
Futbol Assosiasiyası (FA) "Mançester Yunayted"in həmsahibi Cim Retklifflə görüş keçirib.
90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, qurum iş adamına ingilis futbolunda iştirak edən şəxs kimi məsuliyyətlərini xatırladıb.
Buna səbəb Ratkliffin daha əvvəl səsləndirdiyi qalmaqallı fikirlər olub. O, Böyük Britaniyanın miqrantlar tərəfindən “koloniyalaşdırıldığını” iddia edib.
Ratkliff açıqlamasında deyib: “9 milyon insanın sosial müavinət aldığı və eyni zamanda çoxlu sayda immiqrantın olduğu iqtisadiyyat ola bilməz”.
FA Ratkliffə mediaya müsahibə verərkən futbol öhdəliklərini nəzərə almağı tövsiyə edib. Bununla belə, ona qarşı hər hansı intizam və ya maliyyə sanksiyasının tətbiq olunmayacağı vurğulanıb.