- İngiltərə P.L.
- 23:50 20.02.2026
"Tottenhem"in baş məşqçisi İqor Tudor "Arsenal" ilə derbi öncəsi heyətinin heyət vəziyyəti barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, "ESPN" çalışdırıcının dediklərini belə çatdırıb.
"Məşqdə 13 oyunçumuz var idi. Elə olduğu kimi, elə də qalır. Amma bu 13 oyunçu bazar günü lazım olan nəticəni təmin etmək üçün kifayətdir. Bu, bizim əsas vəzifəmizdir"
Hazırda London klubu İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı pillədə qərarlaşıb və 29 xal toplayıb. Matç bazar günü Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.