- İngiltərə P.L.
- 23:50 20.02.2026
"Arsenal"ın cinah oyunçusu Noni Madueke futbol kumirinin adını çəkib.
90deqiqe.Az xəbər verir ki, "The Touchline" 23 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
"Uşaqlığımda ən böyük kumirim, şübhəsiz ki, Ronaldo idi. Kriştiano "Mançester Yunayted"də oynadığı dövrdə inanılmaz idi. O, heç bir maneə olmadan, qorxusuz oynayırdı - sadəcə irəli gedirdi və qarşısındakı hər kəsi məhv edirdi. Karyerasının sonrakı dövrlərində asanlıqla qol vurmağa başladı. O, gördüyüm ilk əsl superulduz idi və mən onun kimi olmaq istəyirdim"
Kriştiano Ronaldo hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayır. Portuqaliyalı futbolçu bu ayın əvvəlində 41 yaşına çatdı.