25 iyun 2026. Cümə axşamı

"Liverpul" "Milan"ın müdafiəçisini hədəfə alıb


"Liverpul" "Milan"ın müdafiəçisini hədəfə alıb

"Milan"ın mərkəz müdafiəçisi Fikayo Tomori karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Sports Boom"a  istinadən məlumatına görə, "Liverpul" klubu futbolçunun xidmətində maraqlıdır. Mersisayd təmsilçisi 28 yaşlı futbolçunu müqaviləsi iyun ayında başa çatan İbrahima Konatenin əvəzedicisi kimi görür. Artıq futbolçunun agenti ilə danışıqlara başlanılıb.

Tomori özü İngiltərəyə keçməyə hazırdır və bunun ona Dünya Kuboku üçün milli komandaya çağırış qazanmağa kömək edəcəyinə inanır.

Tomori artıq Premyer Liqada "Brayton" və "Çelsi"də oynayıb. İngilis futbolçu bu mövsüm bütün yarışlarda 26 oyunda meydana çıxıb və üç məhsuldar ötürmə edib.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər